Filippinin mərkəzi hissəsində, Luson adasında dünən baş verən zəlzələ nəticəsində həlak olanların sayı səkkiz nəfərə çatıb.
Bu barədə Rappler portalı yerli hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Əvvəlcə 5 nəfərin həlak olduğu bildirilirdi. Lakin sonra daha üç nəfərin cəsədi ərzaq mağazasının dağıntıları altından çıxarılıb.
Xəbər veridyimiz kimi, aprelin 22-də axşam saatlarında Luson adasının mərkəzi hissəsində 6,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanlar nəticəsində nəqliyyatın hərəkətində fasilələr yaranıb.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir.