12 fevral 2019 20:07
232

Filippinin adı dəyişdirilə bilər

Filippin prezidenti Rodriqo Duterte ölkənin adını dəyişdirmək niyyətindədir.

Bu barədə “Manila Bulletin” nəşri məlumat yayıb.

Prezident Rodriqo Duterte Maqindanao vilayətində çıxışı zamanı İspaniyanın Filippin mədəniyyətinə təsirini qınayıb:

“Bizim ölkəmizin adını səyahətini İspaniya kralı Filippin maliyyələşdirdiyi Magellan fikirləşib. Biz nə vaxtsa bunu düzəldəcəyik”.

Duterte Filippinin sabiq prezidenti Ferdinand Markosun ölkəni adının “Maharlika Respublikası”na dəyişdirilməsi ideyasını dəstəkləyib.

“Markos düz deyirdi ki, “maharlika” malay sözüdür", - Duterte deyib.

Qeyd edək ki, müasir filippin dilində “maharlika” termini “kral nəcibliyi” mənasını daşıyır.