19 sentyabr 2020 16:36
758

Fırtına nəticəsində timsahlar sahillərə çıxdı - VİDEO

ABŞ-ın Alabama ştatında davam edən “Salli” tropik qasırğası nəticəsində sahilyanı ərazilərdə çox sayda timsah peyda olub.

"İk sahil" Oxu.az-a istinadən xəbər verir ki, sakinlər yırtıcı heyvanları mobil telefonları ilə çəkərək sosial şəbəklərdə ictimailəşdirib, əhalini diqqətli olmağa dəvət ediblər.

“Salli” tropik qasırğası xüsusən Alabama ştatında ciddi fəsadlar törədib, daşqınlar nəticəsində magistral yolları və körpüləri su yuyub, yaşayış evləri yararsız hala düşüb.