15 fevral 2019 19:58
1083

“Ford” ağaca çırpıldı

Xaçmazın Çinartala kəndində avtomobil qəzası olub.

“Ford” markalı yük avtomobili yol kənarındakı ağaca çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri sıxılmış vəziyyətdə qalmış sürücünü deformasiyaya uğramış nəqliyyat vasitəsindən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.