17 may 2019 15:37
309

"Ford"dan 58 min aksizsiz siqaret aşkarlandı

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsi Əməliyyat İdarəsinin Narkotiklərlə mübarizə şöbəsinə üzərində Azərbaycan Respublikasına məxsus aksiz markası olmayan tütün məmulatlarının saxlanılması və daşınması barədə əməliyyat məlumatı daxil olub.

Komitədən "İki sahil"ə verilən məlumata görə, yaradılan əməliyyat qrupunun üzvləri "Ford Transit" markalı yük nəqliyyat vasitəsinin Binəqədi rayonu ərazisində yerləşən "Elit" ticarət mərkəzinin arxasında dayandığını müəyyən edib. Baxış zamanı 16 ədəd sellofan torbalarda yerləşdirilmiş, üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan 40280 ədəd "King nano charge 4", 17200 ədəd "King nano charge 3" və 200 ədəd "King nano charge 1" markalı siqaretlər aşkar edilib.