28 oktyabr 2020 14:09
682

"Formula 1": Pilotların maaşına məhdudiyyət qoyulacaq

"Formula 1" üzrə dünya çempionatında çıxış edən komandaların rəhbərləri 2023-cü ildən etibarən pilotların maaşlarına məhdudiyyət qoyulmasını qəbul ediblər.

"İki sahil" "Report"a istinadən xəbər verir ki, sürücülərin məvacibi ildə maksimum 30 milyon ABŞ dolları olacaq.

Bu, yarışın xərclərini azaltmaq və büdcəyə məhdudiyyətlər tətbiq etmək üçündür.

Qərar Lüis Hemiltonun "Mercedes"lə yeni müqavilə barədə danışıqları sürətləndirə bilər. Britaniyalı pilot hazırda 45,5 milyon dollar qazanır, lakin məbləğin 52 milyona çatacağı gözlənilir.