05 noyabr 2019 19:53
129

Formula 1 yürüşlərini İndianapolisə qaytara bilərlər

Formula 1 yarışlarının keçmiş yürüşçüsü və komanda sahibi, hazırda yürüşlər üzrə uğurlu biznesmen olan Rocer Penske "Hulman and Company” şirkətini alıb. İndianapolisdəki məşhur “Indianapolis Motor Speedway” avtodromu "Indycar” seriyası bu şirkətə məxsusdur.

AZƏRTAC xəbər verir ki, Penskenenin sözlərinə görə, o, 2000-2007-ci illər ərzində Formula 1 qran-pri konfiqurasiyasının keçirildiyi İndianapolisdə bu yürüşlərin bərpa olunması məsələsinə baxmağa hazırdır.

Rocer Penske deyib: “Biz bu avtodromdan necə istifadə etmək barədə fikirləşirik: orada 24 saatlıq yürüş keçirə bilərikmi? Formula 1-i oraya qaytara bilərikmi? Biz daha nə edə bilərik?

“Indianapolis Motor Speedway” böyük aktivdir. Bir dəfə ənənə pozuldu: İndianapolisdə “NASCAR” mərhələsi keçirməyə başladılar və indi bu mərhələ artıq ənənəyə çevrilib. Bundan sonra necə hərəkət etməli olduğumuzu anlamaq üçün indi bütün istiqamətləri araşdırıram”.