28 oktyabr 2020 23:23
713

Fransa klubunda kütləvi yoluxma - Oyun təxirə salındı

Fransa Liqa 1-də IX turun "Marsel" - "Lans" görüşü təxirə salınıb.

"İki sahil"-in məlumatına görə, buna qonaq komanda futbolçularının koronavirusa kütləvi yoluxmaları səbəb olub.

Matç oktyabrın 30-da keçirilməli idi.

Qeyd edək ki, 8 turdan sonra 4-cü yerdə gedən "Marsel" şərikli liderlər PSJ və "Lill"in 3 xal gerisindədir. "Lans" isə 7-ci pillədə qərarlaşıb.