Fransa kubokunun oyunları koronavirus səbəbindən təxirə salınıb.
“İki sahil” “qol.az-”a istinadən xəbər verir ki, bu barədə Fransa Futbol Federasiyasının saytı məlumat yayıb. Bildirilib ki, Fransa kuboku da daxil olmaqla bir sıra daxili turnirlərdə bu mövsüm 1 dekabr tarixinədək dayandırılıb. Fasilə kiçik liqalarda və qadın komandalarının bir neçə yarışına da tətbiq olunub.
Fransa çempionatının isə dayandırılmamasına qərar verilib. Liqa 1 matçları azarkeşsiz oynanılmağa davam edəcək.