06 sentyabr 2019 15:46
131

Fransada etiraz nümayişləri planlaşdırılıb

Fransada müzakirə olunan yeni pensiya islahatlarında bir çox peşə sahələri üçün nəzərdə tutulan xüsusi pensiya rejimi ümumi rejimlə əvəz olunur.

Dəmir yol işçiləri, eləcə də liberal peşə sahibləri mövcud xüsusi pensiya rejiminin ümumi rejimlə əvəz olunması ilə razılaşmırlar.

Dəmir yol işçiləri ilk olaraq sentyabrın 13-də yeni pensiya islahatlarına qarşı etiraz nümayişlərinə başlayacaqlar. Nümayişçilər sentyabrın 13-nü İl de Frans regionu üçün “qara gün” olacağını bildiriblər.

Ölkədə sentyabrın 13, 16, 21 və 24-nə yeni pensiya islahatlarına qarşı etiraz nümayişləri planlaşdırılıb.