18 may 2020 15:46
316

Fransada koronavirusdan 483 ölüm faktı qeydə alınıb

Fransa COVID-19 epidemiyası ilə bağlı tətbiq olunan təcrid rejimindən tədricən çıxmağa başlasa da, virus hələ də can almaqda davam edir.

Son 24 saat ərzində virusdan ölənlərin sayı 483-ə atıb.

Ölkədə martın 1-dən bu günədək epidemiyadan 28 min ölüm faktı qeydə alınıb. İndiyədək Fransada 98 min 569 insan koronavirusa görə xəstəxanaya yerləşdirilib ki, onlardan 17 min 500-ü reanimasiya şöbələrində olub. Virusdan sağalanların sayı 61 mindir. //AZƏRTAC