04 avqust 2020 20:08
893

Fransada pandemiyanın ikinci dalğası barədə xəbərdarlıq

Fransada alimlər koronavirus pandemiyasının ikinci dalğasının payızda və ya qışda başlaya biləcəyi barədə xəbərdarlıq ediblər.

Trend-in məlumatına görə, son bir neçə gün ərzində ölkədə yoluxma sayında yenidən artım müşahidə olunur.

Təkcə son 3 gün ərzində 3 376 yeni yoluxma qeydə alınıb.

Mütəxəssislər növbəti aylarda ikinci dalğanın olacağını ehtimal edirlər.

Qeyd edək ki, bu günədək Fransada 191 mindən çox şəxs koronavirusa yoluxub, 30 294 nəfər ölüb.