03 iyul 2020 15:48
1166

Fransanın yeni Baş Naziri bəlli olub

Fransa Prezident Administrasiyası rəhbərinin müavini Jan Kasteks ölkənin yeni baş naziri təyin olunub.

"İki sahil" Trend-ə istinadən bildirir ki, bu barədə Yelisey sarayının bəyanatında deyilir.

J.Kasteks Fransanın özünütəcrid rejimində çıxış prosesini kurasiya edirdi. O, yaxın günlərdə yeni hökumət formalaşdıracaq.

Qeyd edək ki, bu gün səhər saatlarında sabiq baş nazir Eduar Filipp istefa vermişdi