07 fevral 2019 18:54
161

“Freedom House” qeyri-obyektiv qiymətləndirmə aparan çirkin qurumdur

ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatı qeyri-obyektiv və bilinməyən metodologiya ilə qiymətləndirmə aparan çirkin qurumdur

Azərbaycan günü-gündən sosial-iqtisadi baxımdan inkişaf etdikcə, beynəlxalq nüfuzunu artırdıqca, dünya birliyindəki mövqelərini gücləndirdikcə uğurlarımızı görmək istəməyənlər ortaya çıxır və hər fürsətdə ölkəmizi, xalqımızı gözdən salmağa çalışırlar. Xüsusilə bəzi xarici dairələr və təşkilatlar ölkəmizdəki reallıqları təhrif etmək, beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Bu cür məkrli əməllərin hansı mənbədən qaynaqlandığı məlumdur: erməni lobbisi və bütövlükdə antiazərbaycançı şəbəkə Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi ilk gündən ölkəmizə qarşı "qara piar" aparmaqla məşğuldurlar. ABŞ-dakı “Freedom House” beynəlxalq hüquq-müdafiə təşkilatının 2019-cu il hesabatında Azərbaycanın Cənubi Qafqazda yeganə “azad olmayan” ölkə kimi qiymətləndirməsi gülünc səslənməklə yanaşı bu təşkilatın qeyri-obyektiv və bilinməyən metodologiya ilə qiymətləndirmə aparan çirkli qurum olmasının bir sübutüdür.

- Görəsən  “azad olmayan” ölkəni müəyyənləşdirmək üçün göstəriciləri kim və hansı bir beynəlxalq təşkilat kəşf edib?

- Əgər hansısa təşkilat özündən müəyyən göstəricilər uydurubsa ona bu səlahiyyəti kim verib?

- Ümumiyyətlə belə təşkilatları kimlər yaradıb, maliyyələşdirir və nə üçün?

- Onlara kim ixtiyar verib ki, müstəqil dövlətin daxili işinə müdaxilə etsinlər?

- Belə sualları çox sadalaya bilərəm, ancaq sizlərə elə gəlmirmi ki, hansısa bir dövlət özünü dünyanın sahibi hesab edir?

Mənim üçün çox maraqlıdır!

Görəsən bəzi ölkələrdə vətəndaşlar dövlətinin siyasətinə  etiraz olaraq küçələrdə qarşılarına çıxan hər şeyi dağıdanda, maşınları yandıranda binaların 1-ci mərtəbələrindəki obyektləri talan edəndə, iş rejimini kobud şəkildə pozanda, insanların istirahətinə xələl gətirəndə bunun adı nə olur? “Azad ölkə”mi?

Bəzi ölkələrdə o, cümlədən ABŞ-da, Avropada polis işçiləri etirazçılara hücum edib onlara ciddi xəsarət yetirəndə, hətta göslərini çıxaranda və ya etirazçıların güzü qarşısında döyərək ölümçül vəziyytə salanda bunun adı nədir? “Azad ölkə”mi?

“Freedom House” təşkilatı öz çirkin əməlini gizlədə bilməyərək erməni xalqının özu tərəfindən Ermənistanı azad olmayan ölkə kimi qiyətləndirəndə və ya onun Parlamentində spiker və bir neçə deputat güllələnib öldürüləndə, Prezident seçkisində saxtakarlıq edən rəhbərliyə etiraz edən zaman öldürüləndə necə olur ki, belə ölkə “qismən asad” hesab edilir? Elə buradan görünür ki, bu təşkilat sifarişlə işləyən təşkilatdır.

"Freedom House" və bu kimi beynəlxlaq təşkilatlar bilməlidilər ki, ölkəmizdə mətbuat tamamilə azaddır, 80 faiz əhalinin internetə çıxışı  vardır, bütün sosial şəbəkələrdən istifadə mövcuddur və heç bir senzura yoxdur. Azərbaycan Respublikasının Prezidetni cənab İlham Əliyevin titanik səyi nəticəsində ölkəmizdə sabitlik, təhlükəsizlik və inkişaf yüksək mərhələdədir. Azərbaycan bu gün bir sabitlik adası kimi məşhurdur. Regionda və dünyada baş verən qanlı münaqişələr, toqquşmalar, müharibələr, risqlər və təhdidlər fonunda ölkəmizdə həyat tərzinə çevrilmiş sabitlik mühiti bizim tarixi nailiyyətimiz və sərvətimizdir. Sabitlik və təhlükəzsizliyimizin təminatçısı Azərbaycan xalqı və onun hakimiyyətlə olan monolit birliyidir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyidir. Bu birliyin kökündə dayanan əsas amil xalqın cənab İlham Əliyevə olan inamı, etimadı və etibarı ilə bağlıdır.

Bu cür yersiz və qərəzli hesabatlarla nə ölkəmizə təzyiq etmək, nə də nüfuzunun  artmasının qarşısını almaq mümkündür. Bu təşkilatlar insan hüquq və azadlıqlarının qorunmasından danışırsa, ilk növbədə, Ermənistanın işğalçı dövlət olduğunu bəyan etməlidirlər. Bütün bunları görməzliyə vuraraq Azərbaycana qarşı sifarişlə qərəzli mövqe tutmaq nəticə etibarilə onların riyakar mövqeyini ortaya qoyur.

Azərbaycan Respublikası Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti məmurlara örnəkdir” sərlövhəli 3 qəzet səhifəsi həcmində 2018 –ci ilin yekunu üzrə dərc etdiyi materialı “Freedom House” təşkilatının bizim ölkəmiz barədə ABŞ-da fəaliyyət göstərən erməni diasporasından aldığı vəsait hesabına yazdığı uydurmaya tutarlı cavabdır.

Bu akademik materialı tərcümə edərək həmin təşkilata göndərmək yaxşı olardı ki, görsünlər onların yaşadığı ölkədə ümumiyyətlə dünyanın hansı ölkəsində öz vətəndaşlarına belə münasibət varmı?

Əli Həsənov,
Azərbaycan Respublikası Baş nazirinin müavini,
Yeni Azərbaycan Partiyasının sədr müavini