30 iyul 2020 11:13
230

Fuad Oqtay: Hər zaman Azərbaycanla birlikdə hərəkət edəcəyik  

“Qardaş Azərbaycanla hər zaman və hər şərtdə birlikdə hərəkət etməyə davam edəcəyik”.

Bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri ilə bağlı “Twitter” paylaşımında bildirib.

“Qardaş Azərbaycanla hər zaman və hər şərtdə birlikdə hərəkət etməyə davam edəcəyik. Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq”, - deyə F. Oqtay vurğulayıb.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.
 

Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.