14 iyul 2020 10:29
927

Fuat Oktay: Hər zaman səninləyik Azərbaycan

Türkiyənin Vitse-prezidenti Fuat Oktay rəsmi "Twitter" hesabında Azərbaycanla bağlı paylaşım edib.

Paylaşımda qeyd edilir:

"Dost və qardaş Azərbaycana Ermənistan tərəfindən edilən hücum qəbul oluna bilməz, kəskin şəkildə qınayıram. ‪Şəhid olan azərbaycanlı qardaşlarıma Allahdan rəhmət diləyirəm. ‪Türkiyə və Azərbaycan ətlə dırnaqdır. ‪Hər zaman və hər şərtlə səninləyik Azərbaycan".