30 sentyabr 2020 14:01
786

Futbolçu: Hamımız şəhidliyə hazır olmalıyıq

"Hər bir vətəndaş kimi Vətəni qorumaq borcumuzdur. Mənim də istəyim odur ki, torpaqlarımız işğaldan azad olunsun".

Bu fikirləri "Report"a açıqlamasında "Keşlə"nin futbolçusu Tərlan Quliyev son günlər cəbhədə baş verən hadisələr barədə danışarkən deyib.

28 yaşlı müdafiəçi bildirib ki, artıq işğala son qoymağın vaxtıdır: "Erməni şərəfsizliyinə bu cür cavab vermək lazımdır. Neçə-neçə igid oğullarımız şəhid olur. Ölkəmiz üçün hamımız buna hazır olmalıyıq. Qısa zamanda torpaqlarımızı erməni işğalından azad etmək lazımdır".

Təcrübəli oyunçu sonda Azərbaycan əsgərinə güc-qüvvət, xalqımıza isə səbr arzulayıb.