13 fevral 2020 14:51
959

Futbolçu Koronavirusa tutulub?

"Mançester Yunayted"in futbolçusu koronavirusa görə komandaya qoşula bilmir

İngiltərənin "Mançester Yunayted" klubu transfer dönəmində Çinin "Şanxay Şenxua" komandasından heyətinə qatdığı futbolçu Odion İqalodan yararlana bilmir.

"Report" "Mirror"a istinadən xəbər verir ki, 31 yaşlı nigeriyalı hücumçu koronavirusa yoluxma ehtimalına görə kollektivdən ayrı düşüb.

Klub rəhbərliyi iki həftəlik inkubasiya dövründən sonra problem çıxmayacağı təqdirdə, oyunçunun məşqlərə qatılmasına icazə verəcək.

Qeyd edək ki, Çində koronavirusa görə bır sıra beynəlxalq idman yarışları baş tutmayıb.