07 oktyabr 2019 17:49
74

Futboldan növbəti dəfə siyasi məqsədlər üçün istifadə edildi

Almaniyanın “Welt” qəzetində dərc edilən məqalədə futboldan növbəti dəfə siyasi məqsədlər üçün istifadə olunduğu vurğulanır. Düdelanj komandasının oyundan sonra “Azərbaycandan olan qonaqlarımızdan üzr istəyirik. Bizim bu təxribatla heç bir əlaqəmiz yoxdur. Biz məsələni aydınlaşdıracağıq”, - deyə bildirdiyi qeyd olunur. “Qarabağ” komandasının oyundan sonra stadionda azərbaycanlı azarkeşlərin olduğu yerin önünə keçərək böyük Azərbaycan bayrağı ilə şəkil çəkdirdiyi və oyunun növbəti günü komandanın rəsmi Tvitter hesabında “Sabahınız xeyir, doğma Qarabağ ailəsi” adı altında paylaşım edildiyi nəzərə çatdırılır.

Eyni məzmunlu yazılar Almaniyanın “Spiegel”, “FOCUS” və “Berliner Morgenpost” kimi qəzet və jurnallarında, eləcə də “Sport” və “Sport1” internet saytlarında dərc olunub.