09 dekabr 2019 14:28
776

Futzal üzrə millimizin oyunlarının başlama vaxtı açıqlanıb

Futzal üzrə dünya çempionatının elit-raund mərhələsində iştirak edəcək Azərbaycan millisinin yer aldığı C qrupunun oyunlarının başlama vaxtı açıqlanıb.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bütün görüşlər Xorvatiyanın Osiek şəhərindəki “Qradsk vrt Arena”da keçiriləcək.

Yanvarın 29-da keçiriləcək Xorvatiya–Azərbaycan oyunu Bakı vaxtı ilə 23:00-da start götürəcək. Ertəsi gün keçiriləcək Azərbaycan–Rusiya, fevralın 1-də təşkil olunacaq Slovakiya–Azərbaycan oyunları isə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, qrup qalibləri final mərhələsinə yüksələcək. İkinci pilləni tutacaq komandalar pley-off oyunlarında üz-üzə gələcəklər.