20 avqust 2019 15:50
717

Futzal üzrə Yüksək Liqada 10 komanda iştirak edəcək

Futzal üzrə Yüksək Liqanın 2019-2020-ci il mövsümündə iştirak etmək üçün 10 komanda müraciət edib.

AZƏRTAC Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, bunlardan dördü - “Araz”, EKOL, “Neftçi” və “Yasamal” ötən çempionatın iştirakçısıdır. “Marafon Futsal” isə bir illik fasilədən sonra yenidən Yüksək Liqada iştirak etmək üçün müraciət edib. Tələbə Futbol Federasiyasının yığma komandası TFF-55 də qüvvəsini ən güclülərlə sınayacaq.

“Baku Fire”, “Record club”, “Xəzər” (Yardımlı) və “Quba Premyer” komandaları Yüksək Liqada debüt edəcəklər.