16 yanvar 2020 12:01
620

Gəlişi hadisə olmuşdu – göndərildi - FOTO

Basketbol üztü qadınlardan ibarət Türkiyə super liqasında çıxış edən “Hatay Büyükşehir Belediyespor”a transferi ilə gündəmə gələn isveçli uzun forvetlə müqaviləyə xitam verilib.

“İki sahil” xəbər verir ki, mövsümün əvvəllində Hatay təmsilçisi ilə 1 illik müqavilə imzalayan hündürboy Reqan Maqaritinin klubdan hansı səbəbdən göndərildiyi açıqlanmır.

Qeyd edək ki, 1,93 metr boya sahib 22 yaşlı R.Maqariti oyunçuluğu ilə yanaşı gözəlliyi və sosial şəbəkədə paylaşdığı şəkilləri ilə diqqəti cəlb etmişdi.