29 iyul 2020 13:12
199

Gəmiçilikdə dezinfeksiya işləri davam edir

Nazirlər Kabinetinin “Azərbaycanda yeni koronavirus xəstəliyinin yayılmasının qarşısının alınmasına dair fəaliyyət planı”nın icrasını təmin etmək məqsədilə “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) profilaktik tədbirləri davam etdirir.

ASCO-dan verilən məlumata görə, müəyyənləşdirilmiş qrafikə uyğun olaraq növbəti dezinfeksiya işləri “Balakən”, “Naxçıvan”, “Akademik Həsən Əliyev”, “Şahdağ”, “Məmməd Süleymanov”, “Zirə”, “Aydın Məmmədov”, “TMİ-2”, “Şirvan”, “MPK-470”, “General Əliağa Şıxlinski”, “Bunkerovşik-4”, “Bunkerovşik-7”, “BMK-7649”, “Turan”, “General Əsədov”, “MPK-455”, “PS-153”, “PSK-38” gəmilərində, eyni zamanda, Xəzər Dəniz Neft Donanması və Dəniz Nəqliyyatı Donanmasının yeməkxanasında, “Dənizçi” MTK-nın inşa etdiyi yeni yaşayış binalarında da profilaktik dezinfeksiya işləri yerinə yetirilib.

Dezinfeksiya bu sahədə ixtisaslaşmış və müvafiq lisenziyaya malik şirkət tərəfindən həyata keçirilib. Proses ASCO-nun Sosial inkişaf və nəqliyyat şöbəsinin əməkdaşlarının nəzarəti ilə yerinə yetirilib.