19 yanvar 2021 14:59
466

Gənc futbolçu, Vətən müharibəsinin iştirakçısı ziyarət edilib

Yanvarın 18-də Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov və kollektivi Baş İdarə nəzdində fəaliyyət göstərən Uşaq Gənclər İdman Məktəbinin yetirməsi, gənc futbolçu, Vətən müharibəsi iştirakçısı Qəhrəmanov Sərxan Mahmud oğlunu ziyarət ediblər. 

Qurumdan "İki sahil"ə verilən məlumata görə, qazi S.Qəhrəmanov yoldaşları ilə birlikdə keçdiyi döyüş yolundan fəxrlə danışaraq, igid Azərbaycan oğullarının vətənpərvərliyini xüsusilə vurğulamışdır. UGİM-nin futbol bölməsi üzrə baş məqçi-müəllimi, Respublikanın əməkdar məşqçisi Məhəmməd Məmmədov Sərxan və Ələddin qardaşlarının yeniyetmə vaxtlarından futbolda böyük uğurlu nəticələr əldə etmələri haqqında söz açıb.

Xatırladaq ki, Sərxan Qəhrəmanovun qardaşı, hal-hazırda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu, Vətən müharibəsi iştirakçısı Ələddin Qəhrəmanov da Baş İdarə nəzdində Uşaq Gənclər İdman Məktəbinin futbol üzrə bölməsinin məzunudur və döyüşlərdə Topçu kimi qəhrəmanlıq nümunəsi göstərdiyi üçün cənab Prezident İlham Əliyev tərəfindən “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.