24 iyun 2020 16:51
303

Gəncədə modul tipli xəstəxananın açılışı olub 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncə şəhərində modul tipli xəstəxananın açılışında iştirak ediblər. “İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım xəstəxanada yaradılan şəraitlə tanış olduqdan sonra bir qrup tibb işçisi ilə görüşüblər. Prezident İlham Əliyev görüşdə çıxış edib.