24 iyun 2020 16:54
2338

Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi  istifadəyə verilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 24-də Gəncədə “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksinin bərpadan sonra istifadəyə verilməsi mərasimində iştirak ediblər. “İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma kompleksdə yaradılan şərait barədə məlumat verilib.