15 avqust 2019 14:07
185

Gəncənin küçələrində yollar təmir olunur

Gəncənin su-kanalizasiya sisteminin yenidən qurulması layihəsi üzrə işlər davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, layihə çərçivəsində, ümumilikdə, 1000-dən çox küçə və prospekti əhatə edəcək işlərlə yanaşı, şəhərdə yolların bərpası, Gəncə çayı üzərindəki körpülərin yenidən qurulması, küçələrin işıqlandırılması və köhnə işıq dirəklərinin yenisi ilə əvəz edilməsi işləri görülür.

Hazırda şəhərin Əttarlar küçəsində və Nəriman Nərimanov prospekti boyunca işlər davam edir. Belə ki, prospektdə, şəhərdaxili küçələrin yollarında köhnə asfalt qatı qazılaraq yenisi ilə əvəz olunur.