06 noyabr 2019 16:24
71

Gənclərin bələdiyyələrdə təmsil olunmasına diqqət artırılır

Dekabrın 23-də  yerli özünüidarəetmə orqanlarına keçiriləcək seçkilərə Yeni Azərbaycan Partiyası  mütəşəkkilliklə  hazırlaşır. Hazırda namizədlərin qeydə alınması üçün seçici imzalarının toplanılması kampaniyası davam edir.

YAP Yasamal rayon təşkilatından seçkilərdə iştirak etmək üçün  namizədliyini irəli sürən 19 partiya üzvü  rayon ərazisində yaşayan seçicilərlə görüşür, söhbət edir,  görüləcək işlərdən, bələdiyyələrin  ölkə həyatındakı  əhəmiyyətindən bəhs edirlər. YAP Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov bildirdi ki,  rayon üzrə imzatoplama kampaniyası  mütəşəkkilliklə davam edir:

-  Əhalinin inamını qazanan bələdiyyələrdə təmsil olunmaq üçün namizədliyini irəli sürən partiya fəallarımız  görüşdükləri seçicilərə ölkədə aparılan quruculq işlərindən,  bələdiyyələrin fəaliyyətindən   ətraflı danışırlar. Bələdiyyələrə seçkilərlə əlaqədar YAP Mərkəzi Seçki Qərargahının  Yasamal rayon şöbəsində yaradılan  Qərargahda  görülən işlər operativ olaraq müzakirə olunur.  Qərargah üzvləri arasında iş bölgüsü aparılıb, onların hər biri gördüyü işlər barədə mütəmadi  məlumat verir”.

Tağı Əhmədov bildirdi ki,  12 saylı müştərək  Qaradağ-Binəqədi-Yasamal  Dairə Seçki Komissiyasının (DSK)  , 15 saylı Yasamal  I ,  16 saylı  Yasamal II ,   17 saylı Yasamal III DSK-nın məntəqələrində seçkilərə hazırlıq istənilən səviyyədədir . Noyabrın 5-dən  etibarən başlanan  seçici imzalarının toplanılması kampaniyası mütəşəkkilliklə davam edir. Bələdiyyə seçkilərində  iştirak edəcək namizədlərimiz  nəzərdə tutulan  sayda seçici imzası toplamaq üçün fəallıq göstərir, əhalini maraqlandıran  sualları cavablandırırlar. Prosesin  nəzərdə tutulduğu müddətdə  mütəşəkkilliklə başa çatması üçün namizədlərimiz fəallıqlarını artırırlar.