27 noyabr 2020 12:46
653

General nöqtəni qoydu: Rusiya müdaxilə edə bilər

“Donbasdakı münaqişənin hərbi yolla həlli yoxdur”.

"İki sahil" Teleqraf.com-a istinadən xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin komandanı, general Ruslan Xomçak deyib.

“Hər kəsin başa düşməsini istəyirəm: Ukrayna Silahlı Qüvvələri Donbasdakı münaqişənin hərbi yolla həllini görmür”, - general bildirib.

Onun sözlərinə görə, güc tətbiq olunarsa, Ukrayna hərbi qüvvələri ciddi itkilər verəcək. Bundan əlavə, Xomçak hərbi qarşıdurmada Rusiyanın müdaxilə riskinin olduğunu düşünür.