15 may 2020 20:51
916

Georgi Tsereteli: Münaqişə bölgələrində yaşayan insanlar təhlükə altındadır

ATƏT regionunda təhlükəsizliyin bərqərar olması üçün indiyədək həll olunmamış münaqişələrə son qoyulmalıdır.

“Report” xəbər verir ki, bu barədə ATƏT-in Parlament Assambleyasının prezidenti Georgi Tsereteli “ATƏT regionundakı münaqişələrə COVID-19-un təsiri” adlı onlayn konfrans zamanı bildirib.

“Münaqişə bölgələrində yaşayan insanlar təhlükə altındadır. Belə ki, yeni-yeni, o cümlədən koronavirus pandemiyası ilə bağlı olan təhlükələrin də üzə çıxması ehtimalı böyükdür”, - diplomat qeyd edib.

Xatırladaq ki, mart ayında BMT baş katibi Antonio Quterreş də COVID-19 pandemiyasının getdikcə artdığını nəzərə alaraq dünyada atəşkəsə, yəni bütün silahlı münaqişələrin dayandırılmasına çağırış etmişdi.