16 iyul 2019 15:03
1257

Gerye getdi

“Qarabağ” futbolçusu Donald Gerye ilə yollarını ayırıb.

"İki sahil" xəbər verir ki, klubun yaydığı məlumata görə, haitili cinah oyunçusu razılaşdırılmış vaxtda Ağdam təmsilçisinin düşərgəsinə qayıtmayıb. O, təlim-məşq toplanışı ilə yanaşı Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə ilk matçda iştirak etməyib.

Bu səbəbdən də legioner futbolçu müqavilənin müddətinin uzadılmamasına qərar verilib.

Qeyd edək ki, Gerye 2017-ci ilin yayından "Qarabağ"da çıxış edirdi.