29 yanvar 2019 17:37
357

Gəzən kiçik kitabxana FOTO, VİDEO

Öz maşınında uzaq kəndlərə kitab daşıyan təqaüdçü müəllim Antonyo La Kava. Bu şəxs heç bir uşağın kitabsız qalmaması  üçün öz üç təkərli maşınını səyahət kitabxanasına, bibliomotokarroya çevirdi.

Antonyo La Kava deyirdi ki, kitabı olmayan uşaq çox  tək qalır.

Təqaüdçü müəllim, üçtəkərli mikroavtobusu bibliomotokarro mobil kitabxanasına çevirdi. İtaliyanın  Basilikata  təpələri və dağlarında yaşayan və sadəcə San Paulo, Albanes adlı iki uşağı olan La Kava, ölkəsinin bütün uzaq kəndlərindəki uşaqlarına kitab çatdırmağı qarşısına məqsəd qoymuşdu.

"Mən uşaqlarının kitab oxumadığı bir ölkədə qocalmağa görə çox narahatam” . La Kava , ədəbiyyat sevgisinin ola bildiyi qədər çox uşağa aşılanmasının  vacib olduğuna inanırdı.

"Bu cür işlərin həyata keçirilməsi yalnız sosial deyil, həm  mədəni, həm də böyük bir etik mənası var. " deyirdi La Kava.

La Kava  bibliomotokarronun yaradılmasının bu mədəniyyətin yalnız imtiyazlı azlıqlar üçün deyil, hər kəs üçün olduğu mesajını verəcəyini ümid edir.

Röya Rasimqızı