19 oktyabr 2019 12:00
672

Gi Ankaua: Qarşılıqlı görüşlərimiz əməkdaşlığımızın sahələrini müəyyən etməyə imkan yaradır

Ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına töhfə vermək üçün Motro-Fot-Yonn şəhəri Naxçıvan şəhəri ilə qardaşlaşmaq arzusundadır.

Bu fikri AZƏRTAC-a müsahibəsində Montro-Fot-Yonn meriyasının qardaşlaşma komitəsinin sədri Gi Ankaua söyləyib.

Hər iki şəhər arasında mədəniyyət, musiqi, idman sahələrində əlaqələr qura və mübadilələr apara bilərik. Qarşılıqlı olaraq bir-birimizi daha yaxından tanıyarıq. Qarşılıqlı görüşlərimiz və müzakirələrimiz əməkdaşlığımızın sahələrini müəyyən etməyə imkan yaradır.