27 fevral 2020 15:30
3050

Gizem Karaca: Nağıl kimi çəkiliş oldu - FOTO

Türkiyəli məşhur aktrisa Gizem Karaca sosial şəbəkə hesabındakı paylaşımla gündəmə gəlib.

"İki sahil" xəbər verir ki, cazibədar aktrisa “İnstagram” hesabında məşhur fotoqraf Cem Talunun çəkdiyi fotonu paylaşıb. Çimərlik geyimində vanna otağında çəkilmiş foto izləyicilərin diqqətini cəlb edib.

“Səbirsizliklə gözlədiyim xüsusi çəkilişdən ilk foto, Cem Talunun fərqi... Əməyi olan hər kəsə çox təşəkkürlər! Nağıl kimi bir çəkiliş oldu”, - deyə aktrisa bildirib.