22 yanvar 2021 15:24
495

Gömrük orqanları tərəfindən aşkar edilmiş hüquqpozma faktlarının sayı 40 faiz artıb

2020-ci ildə Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən əməliyyat-axtarış və hüquq mühafizə fəaliyyətinin gücləndirilməsi istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 18 913 hüquqpozma faktı aşkar edilib.

“İki sahil” xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev “Tvitter” hesabında yazıb.

2019-cu  il üzrə bu göstərici 13 443 olub.

Bununla da 2020-ci ildə  gömrük orqanları tərəfindən aşkar edilmiş hüquqpozma faktlarının sayı 40 faiz artıb.