14 fevral 2020 17:18
442

Göyçayda gənc itkin düşdü - FOTO

Göyçayda 23 yaşlı gənc itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"a verilən məlumata görə, Göyçay rayonunun Potu kənd sakini, 1997-ci il təvəllüdlü Ramiz Hacıyev yanvarın 16-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Evdən çıxarkən əynində cins şalvar, qırmızı köynək və qara rəngli gödəkçə olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” xidmətinə, həmçinin Göyçay Rayon Polis Şöbəsinə 020-274-42-91 şəhər və (050) 774-04-91 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.