04 noyabr 2019 14:48
110

Göyçayda zəncirvari yol qəzası baş verib

Göyçay rayonunda zəncirvarı yol qəzası baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Göyçay-Ucar yolunun rayonun Potu kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 5 avtomobil toqquşub. Hadisə zamanı xəsarət alan olmasa da, avtomibillərə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.