24 fevral 2020 19:54
1522

Göyçayın Şıxlar kəndində 84 fərdi evin qazlaşdırılmasına başlanacaq

Göyçay rayonunun Şıxlar kəndində yerləşən 84 fərdi yaşayış evinin qazlaşdırılmasına başlanacaq.

“Azəriqaz” İstehsalat Birliyindən bildirilib ki, yaşayış evlərinin qazlaşdırılması üçün qaz boruları əraziyə gətirilib, yaxın günlərdə qaz çəkilişinə başlanması nəzərdə tutulur.