23 sentyabr 2019 11:28
905

“Göyçək Fatma” Rusiyaya gedir

Bakı Uşaq Teatrı Beynəlxalq festivala gedir

Bakı Uşaq Teatrı  Rusiya  federasiyasının  Kalmıkiya vilayətində keçiriləcək  II Beynəlxalq Uşaq və Yeniyetmələr üçün tamaşalar “Keeda”  festivalına dəvət alıb.

Teatrdan “İki sahil”ə verilən məlumata görə, 25- 30 sentyabr  tarixlərində Elista şəhərində keçiriləcək festivalda Bakı Uşaq Teatrı milli folklorumuzun gözəl nümunəsi olan “Göyçək Fatma” nağılı əsasında hazırlanmış eyniadlı tamaşa ilə çıxış edəcək.

Tamaşada uşaqlara ədalətli olmaq kimi gözəl duyğular aşılanır. Xeyirxah, göyçək Fatma qarşısına çıxan hər cür çətinlikləri təmkinlə aradan qaldırıb öz istəyinə nail olur.

Tamaşada istifadə olunmuş  milli geyimlər, milli musiqi və rəqslər onu daha da baxımlı edir.       

Quruluşçu rejissor İntiqam-Soltanın yeni səhnə həlli ilə təqdim etdiyi  tamaşa bütün yaş qrupundan olan uşaqlar üçün nəzərdə tutulub.