26 avqust 2019 13:13
1141

Göyərtəsində 25 nəfər olan yük gəmisi yoxa çıxıb

Nikel daşıyan yük gəmisi İndoneziya sahillərində fəlakət siqnalı verib və bundan sonra onunla bir daha əlaqə yaratmaq mümkün olmayıb.

AZƏRTAC Sinxua informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları bildirib.

Göyərtəsində 25 nəfərin olduğu “MV Nur Allya” adlı gəmi ilə bağlı insident avqustun 25-də baş verib. Axtariş-Xilasetmə Əməliyyatları üzrə Milli Mərkəzin nümayəndəsi Yusif Lətif hadisə zamanı gəminin Cənub-Şərqi Sulavesi əyaləti istiqamətində hərəkət etdiyini və Buru adası yaxınlığından keçərkən fəlakət siqnalı verdiyini deyib.

Əlverişsiz hava şəraiti ilə əlaqədar gecə saatlarında axtarış-xilasetmə əməliyyatı dayandırılıb. Bazar ertəsi axtarışların davam etdiriləcəyi bildirilir.