30 iyul 2020 16:51
252

Göygöldə 2 nəfər avtomobildə yanaraq ölüb

Göygöldə avtomobil yanıb.

APA-nın məlumatına görə, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb. Belə ki, hərəkətdə olan "VAZ 21099" markalı minik maşını yanıb.

Avtomobilin sürücüsü, 1978-ci il təvəllüdlü Verdiyev Bayram Zakir oğlu və sərnişin, 1984-cü il təvəllüdlü Verdiyeva Fəridə Allaheverən qızı yanaraq ölüb.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda araşdırma aparılır.