17 noyabr 2020 16:53
1287

Göygölün Toğanalı kəndinə qaz verilib

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi respublikanın yaşayış məntəqələrində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işləri davam etdirir.

"İki sahil" xəbər verir ki, bu gün rəngarəng təbiəti ilə seçilən, yerli və xarici turistlərin tez-tez üz tutduqları Göygöl rayonunun mürəkkəb relyefə malik olan Toğanalı kəndinə təbii qaz verilişi təmin olunub.

Toğanalı kəndində 367 fərdi yaşayış evinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 21 kilometrə yaxın müxtəlif diametrli polad borularla daşıyıcı, eləcə də paylayıcı qaz xətləri çəkilib, hər bir mənzilə sayğac və fərdi tənzimləyici quraşdırılıb.