28 yanvar 2019 13:08
179

Güclü qar ciddi fəsadlar törədib

Bolqarıstanın cənub və qərb bölgələrinə yağan güclü qar ciddi fəsadlar törədib 

Bolqarıstanın cənub və qərb bölgələrində yağan güclü qar yollarda hərəkəti çətinləşdirib.

AZƏRTAC xəbər verir ki, ölkənin bir sıra bölgələrində “sarı təhlükə” elan edilib. Blaqoevqrad, Pazardjik, Plovdiv, Smolyan, Kırdjalı, Xaskovo və Stara-Zaqora bölgələrində gözlənilən güclü qar əsas qış kurortları istiqamətində yolları bağlayacaq. Montana şəhəri istiqamətində dairəvi yolda 200-ə yaxın yük maşını hərəkətsiz qalıb.