11 fevral 2020 10:36
937

Güləşçimiz erməniyə qalib gələrək finala yüksəldi

Azərbaycan güləşçisi Sənan Süleymanov İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatının finalına yüksəlib.

"İki sahil" xəbər verir ki, 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçisi yarımfinalda ermənistanlı Karapet Çalyana qalib gələrək finala çıxıb. O, rəqibini 3:0 hesabı ilə məğlub edib.

S.Süleymanov final qarşılaşmasına fevralın 11-də çıxacaq.//oxu.az