15 yanvar 2021 14:24
650

Gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb - VİDEO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi “Instagram” səhifəsində işğaldan azad olunan ərazilərə Prezident İlham Əliyevlə birlikdə səfərləri ilə bağlı növbəti paylaşım edib.

"İki sahil" xəbər verir ki, videogörüntülərdə dövlət başçısı deyir:

“Bakıdan gətirmişəm. Xurşudbanu Natəvan, Üzeyir Hacıbəyli, Bülbül. Ermənilər tərəfindən gülləbaran edilmiş heykəllər təxminən 30 ildən sonra Vətənə qayıdıb”.

Birinci vitse-prezident M.Əliyevanın digər paylaşımı isə Şuşadakı Aşağı Gövhər ağa məsciidi ilə bağlı olub.

“Aşağı Gövhər ağa məscidi. O tərəfdə gözəl dağlar”, - Prezident bildirib