16 may 2019 11:15
2335

Gün eynəyi seçərkən nəyə diqqət yetirməli?

Günəş eynəyi aldığınız zaman sadəcə modelini bəyənməyiniz kifayət etmir. Diqqət etməli olduğunuz bəzi nüanslar var.

UV (Ultraviole) qoruması

Günəş eynəyi aldığınız zaman nəzərə alınması lazım olan ən əhəmiyyətli xüsusiyyət şüşələrinin ultrabənövşəyi şüalardan qoruma dərəcəsidir. Normalda günəş eynəkləri üçün nəzərdə tutulmuş hər şüşə ultrabənövşəyi şüaları müxtəlif nisbətdə blok edə bilər, lakin effektiv ultrabənövşəyi blokaj üçün xüsusi örtüklər tələb olunur. Günəş eynəklərinin UVA və UVB məhdudlaşdırma səviyyələri araşdırılmalı, 99%lik qoruma dərəcəsinə (ideal 100 faiz blokaj) üstünlük verilməlidir. UVA və UVB şüalarının qarşısını alan etiketli UV 400 etiketinə sahib olan bir cüt günəş eynəyi gözünüzün ətrafındakı həssas dərinizi, gözlərinizi qoruyaraq sizə rahat bir görünüş təmin edəcəkdir. Günəş eynəklərində istifadə edilən aynalı örtüklər gözə gələn işığın miqdarını azaldaraq ultrabənövşəyi şüalardan qorunma nisbətinə təsir edir.

Polariz işıq qoruması

Polariz şüşələr su, şüşə, qar və qumda əks olunan günəş şüalarının süzülməsi ilə parlaqlığı azaldır. Bu növ eynəklərdən sürücülər və xüsusilə qış və su idmanları ilə məşğul olanlar istifadə etməlidirlər. Lakin polariz edilmiş şüşəyə malik günəş eynəklərinin gündəlik istifadəsi zamanı bəzi mənfi cəhətləri olur. LCD ekranlı nəzarət panellərində görmə keyfiyyətini azalda bilər.

Şüşə rəngi

Bütün günəş eynəklərinin şüşəsi parlaqlığı azaltmaq və görmədə aydınlığı artırmaq üçün rənglidir. Günəş eynəyində şüşə rənginin seçilməsi şəxsi zövqlərdən asılı olsa da, seçdiyiniz rəngin bəzi sahələrdə görünüşünüzə təsir edəcəyini unutmayın. Şüşənin rəngi işığın gözünüzə necə çatacağını, digər rəngləri necə görə biləcəyinizi və ziddiyyətləri necə seçə biləcəyinizi müəyyənləşdirir.

Nə zaman hansı rəngdə eynək seçilməlidir?

Qəhvəyi, boz, yaşıl: Bu rənglərdəki günəş eynəklərinin orta-üstü parlaqlıq şəraitində parıltıların qarşısını alması və göz yorğunluğunu azaltması gözlənilir.

Sarı, qızıl, açıq qəhvəyi: bu rəngli eynəklər parlaqlıq mənasında daha az qoruma ilə təmin etsələr də, orta səviyyəli qoruma performansı göstərərlər. Bu eynəklərin istifadəsi xüsusilə xizək sürməklə məşğul olan və ya digər qış  idmanlarıyla maraqlananlar üçün olduqca əhəmiyyətlidir.

Çəhrayı, qırmızı: buludlu hava şəraitində keçiriləcək xizək yarışı zamanı seçilə bilər. Əlavə olaraq mavi və yaşıl rəngdə arxa planı olan obyektlərin görünüşünü artırır, bu da onları yaşıl sahələrdə (məsələn meşədə) istifadəsi üçün daha uyğun olur.

Aynalı şüşələr: işığı daha çox əks etdirib gözə daha az keçməsini təmin edən reflektor günəş eynəkləri obyektləri olduğundan daha qaranlıq göstərirlər və istifadələri ümumi olaraq qumlu, sulu, qarlı və yüksək hündürlük şərtlər üçün uyğundur.

Çərçivə materialı

İstifadə olunan şüşə və çərçivə materialları günəş eynəyi seçimi baxımından aydınlıq, çəki, sağlamlıq və xərclər nəzərə alınmaqla vacib məsələdir. Şüşə və polikarbonat materialından hazırlanan eynəklər daha davamlıdır. Çərçivə daha yüngül və  allergiya yaratmayacaq materialdan hazırlanmalıdır.

Çərçivə və şüşə seçimindən başqa, günəş eynəyinin üzünüzə uyğun olması da vacibdir. Buna görə uyğun bir günəş eynəyi burun və qulaqlarınıza rahatlıqla təzyiq və ya sürtünmə yaratmadan yerləşdirilməlidir. Gözünüzün sağlamlığı üçün günəş şüalarının yuxarıdan, üzünüzə (məsələn, kirpiklər toxunmadığı kimi) gözlərinizə çata bilməyəcəyindən və qaş bölgənizi əhatə etməsindən əmin olaraq seçmək daha yaxşıdır.

Röya Rasimqızı, “İki sahil”