20 may 2019 12:42
651

Günahkarı tapana 5 milyon veriləcək

Kolumbiyada hərbçilərə hücum olub.

"İki sahil" Trend-ə istinadən xəbər verir ki, naməlum şəxslərin hərbçilərin qrupuna qumbara atması nəticəsində 7 nəfər xəsarət alıb.

Məlumata görə, hadisə Teorama bələdiyyəsi ərazisindəki parkda konsert zamanı baş verib.

Hazırda yaralı hərbçilər xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün təhlükə olmadığı deyilir.

Hərbçilərə hücum edən şəxslərin saxlanılmasına yardıma edəcək şəxsə isə 5 milyon peso (1500 dollardan bir qədər artıq) mükafat vəd edilib.