05 noyabr 2019 16:02
1105

“Günəşli’’ yatağında növbəti quyuda qazma işləri başlayıb

SOCAR AQŞ “Günəşli’’ yatağındakı 11 saylı stasionar dəniz özülündən 347 nömrəli quyuda qazma işlərinə başlayıb.

Müəssisədən bildirilib ki, layihə dərinliyi 3350 metr təşkil edən quyunun Fasilə Lay Dəstəsinə (FLD) qazılması planlaşdırılır.

SOCAR AQŞ həmişə olduğu növbəti quyuları da keyfiyyət, sağlamlıq, texniki təhlükəsizlik və ətraf mühitin mühafizəsi tələblərinə uyğun, heç bir mürəkkəbləşməyə yol vermədən, nəzərdə tutulan vaxtdan tez və iqtisadi səmərəli şəkildə tikərək sifarişçiyə təhvil verməyi nəzərdə tutur.

Quyunun sifarişçisi SOCAR-ın “Azneft” İstehsalat Birliyidir.