15 avqust 2019 10:28
187

Gürcüstan dağlarında 3 belaruslu turist itkin düşüb

Gürcüstanın Svaneti bölgəsində üç belaruslu turist itkin düşüb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidməti məlumat yayıb.

Hadisə Tetnuldi dağ-xizək kurortu ərazisində baş verib. Onların qadın olduqları bildirilir. Hazırda onların axtarışları istiqamətində tədbirlər həyata keçirilir.