27 sentyabr 2020 17:47
872

Gürcüstan KİV-ləri Prezident İlham Əliyevin cəbhədəki vəziyyətlə bağlı xalqa müraciətini yayıb

Gürcüstanın report.ge, 24news.ge portalları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 27-də cəbhədəki vəziyyətlə bağlı xalqa müraciətini yayıb.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan, gürcü, rus və ingilis dillərində yayılan məlumatlarda Azərbaycan Prezidentinin nitqi oxuculara təqdim olunur.

Prezident İlham Əliyevin nitqinin yayıldığı məlumatlarda deyilir: “Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmayacaq. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nəticəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb. Bu, erməni faşizminin növbəti təzahürüdür”.

Bildirilir ki, son vaxtlar Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları müntəzəm xarakter almışdır. İyul ayında Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində yenə də artilleriya atəşi nəticəsində hərbçilərimiz və bir mülki şəxs həlak olmuşdur. Heç kəsə sirr deyil ki, ilk atəşi, o cümlədən artilleriya atəşini Ermənistan açıbdır və ilk həlak olanlar da məhz Azərbaycan hərbçiləri olmuşdur. Azərbaycan düşmənə layiqli cavabını verdi və düşmən bir santimetr irəliyə gedə bilmədi. Düşmən dayandırıldı, ölkəmizin ərazi bütövlüyü qorundu. Sarsıdıcı zərbələr nəticəsində Ermənistan tərəfi məcbur olub acı məğlubiyyətlə razılaşdı.

Materialların tam mətni ilə aşağıdakı linklərdən tanış olmaq olar:

https://report.ge/ru/world/ilham-aliev-eto-eshe-odno-proyavlenie-armyanskogo-fashizma/

https://report.ge/world/ilham-alievi-es-somkhuri-fashizmis-kidev-erti-gamovlinebaa/

https://report.ge/ru/world/ilham-aliev-eto-eshe-odno-proyavlenie-armyanskogo-fashizma/

https://24news.ge/read/id/37493